Rusiya rəsmisi: "Bu ilin yekununda ölkədə inflyasiya 6,5-7%-i keçməyəcək"
Rusiya rəsmisi: "Bu ilin yekununda ölkədə inflyasiya 6,5-7%-i keçməyəcək"
"2021-ci ilin yekununda Rusiyada inflyasiya çətin ki, 6,5-7%-i keçsin".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Baş nazirinin I müavini Andrey Belousov bildirib.

"Bu gün üçün mənim qiymətləndirməm budur ki, inflyasiya 6,5-7%-i bir arasında olacaq. Bəlkə də aşağı ola bilər. Çünki, ilin son 2 ayı sürprizlər gətirə bilər. Daha yüksək olması ehtimalı azdır", - deyə A. Belousov bildirib.

Hökumət rəsmisi bildirib ki, il ərzində qiymət artımı İqtisadi İnkişaf Nazirliyinin gözlədiyindən də yüksək ola bilər. Daha öncə qurum inflyasiya proqnozunu azaldaraq 5,8%-ə qaldırıb.

"İnflyasiya temləri 6%, bəlkə də 5,8%-dən aşağı düşməz. Amma əslində bunu proqnozlaşdırmaq çox çətindir. Çünki bu ay bəzi anormal traektoriyalarımız yaranıb. Bu da əsasən ərzaq məhsulları ilə bağlı olub. Amma düşünürəm ki, artıq bu da düzələcək", deyə A.Belousov vurğulayıb.

Baxılıb: 138   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe