Bu ölkə ölüm cəzasını ləğv etdi
Bu ölkə ölüm cəzasını ləğv etdi
Syerra-Leone Respublikasında iyul ayında ölkənin Milli Şurası tərəfindən qəbul edilmiş ölüm hökmünün ləğvi haqqında qanun qüvvəyə minib.

Qazeta.ru xəbər yayıb ki, ölkə prezidenti Julius Maada bu barədə deyib: "Bu gün tariximizin qara səhifəsini çeviririk. İyirmi il sonra, bir millət olaraq özümüzə verdiyimiz sözü tuturuq. İyirmi ildən sonra Sierra Leone Respublikasında ölüm cəzası nəhayət tamamilə ləğv edildi".

"Amnesty International" insan haqları təşkilatına görə, 2020-ci ilin sonuna olan xəbərə əsasən dünyada ölüm hökmünün ləğv edildiyi 144 ölkə var.(xəzərxəbər)

Baxılıb: 425   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe