Murad və Sitarə yeni qərar alıb
Murad və Sitarə yeni qərar alıb
Müğənni Murad Dalkılıç və aktrisa sevgilisi Sitarə Akbaş artıq münasibətini gizlətməmək qərarı alıb.

azwap.biz xəbər verir ki, yaydan bu yana eşq yaşayan cütlük ilk vaxtlar gizli məkanlarda görüşərək, görüntülənməməyə çalışıblar. Bu günlərdə isə onlar məkanlardan birindən birlikdə çıxarkən görüntülənib və sosial şəbəkədə birlikdə fotolar paylaşmağa başlayıblar.

Dalkılıç və Akbaş münasibətlərini daha da irəlilətmək üçün yeni qərar alıb. Onlar bir evdə yaşamağa hazırlaşırlar. Müğənni və aktrisa bu günə qədər yaşadığı evi boşaldıb və yeni mənzil axtarışına çıxıb.

Onlar İstanbulun Ortaköy səmtində ev bəyəniblər. Hazırda mənzilin dekorasiyası ilə məşğul olan sevgililər yaxın günlərdə köçməyi planlaşdırır.(axşam.az)

Baxılıb: 2715   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe