"Metro mənim evimdir" - Bakı Metropoliteninin ilk qadın maşinisti - VİDEO
"Metro mənim evimdir" - Bakı Metropoliteninin ilk qadın maşinisti - VİDEO
Günay Həbibli Azərbaycan metrosunda ilk qadın maşinist kimi fəaliyyət göstərir.

"Metro mənim üçün həyatdır, işimi sevmirəm, işimlə yaşayıram", - deyən Günay 2019-cu il aprelin 1-dən Bakı Metropoliteninin Hərəkət Qatarlarının İstismarı üzrə İş Departamentinin qatar maşinisti vəzifəsində çalışır.

"Report"a açıqlamasında 27 yaşlı maşinist qatarı idarə etməyi böyük məsuliyyət adlandırıb: "Qatarı idarə etmək həm məsuliyyətli, həm də cəsarət tələb edən işdir. Gün ərzində qatarı idarə edərkən olduğum kabinə dediyimiz məkanı öz evim hesab edirəm".

Günay deyir ki, paytaxtda evdən çıxan əksər insanların yolu metropolitendən keçir:

"Mənim işim həmin insanlara xidmət etmək və onları gedəcəyi ünvana gecikmədən, sağ-salamat çatdırmaqdır".

Daha ətraflı videomaterialda:

Baxılıb: 1614   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe