Hansı şəxslərə 3-cü doza vaksin vurulmalıdır? – Həkim AÇIQLADI
Hansı şəxslərə 3-cü doza vaksin vurulmalıdır? – Həkim AÇIQLADI
Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında da bildirilib ki, Azərbaycanda koronavirusa qarşı tam vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur.

Belə olan halda immun sisteminin zəiflədiyi, xəstəliklərin çoxaldığı soyuq qış aylarında üçüncü doza vaksinasiyaya ehtiyac duyulacaqmı? Qeyd edək ki, artıq dünyada üçüncü, hətta dördüncü dozanın tətbiqinə başlanılıb.

Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov Publika.az-a açıqlamasında söyləyib ki, COVID-19-da üçüncü dozanın tətbiqi ilə əlaqədar məsələlərlə bağlı artıq bir neçə aydır ki, araşdırmalar aparılır:

"Bir sıra dünya ölkələrində, Böyük Britaniyada, Amerikada və digər dövlətlərdə üçüncü dozanın effektivliyi, təhlükəsizliyi ilə əlaqədar çalışmalar artıq tamamlanmaq üzrədir. Bununla bağlı bəzi statistik rəqəmlər də açıqlanıb. Qeyd olunur ki, üçüncü dozaya yaranan ehtiyac əslində ikinci dozadan sonra, beş-altı ay müddətində antitellərin qoruyucu səviyyəsinin effektivliyinin aşağı düşməsi ilə əlaqədardır. Belə olan halda gücləndirici və ya xatırladıcı kimi adlandırılan üçüncü dozanın vurulması məsləhət görülür. Bu müddət təxminən 150 gün qəbul olunur. Yəni birinci və ikinci doza vaksindən 150 günə yaxın vaxt keçibsə, üçüncü dozanın tətbiqi mümkündür. Statistik rəqəmlərə görə, iki dozadan sonra üçüncü doza tətbiq olunan şəxslərdə qoruyuculuq artır. Burada fərqli-fərqli ölkələrin rəqəmləri var. Bu baxımdan da bir sıra dünya ölkələrində üçüncü dozanın tətbiqi uyğun görülüb. Hətta bəzi ölkələr dördüncü dozanın tətbiqini də məsləhət bilir".

Baxılıb: 523   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe