Bizə WhatsAppdan Mesaj Göndər
 Yoluxma sayındakı azalma arxayınlıq yaratmamalıdır - AÇIQLAMA - xeberler
Hər Dəqiqə Yenilənən Xəbərlər
Yoluxma sayındakı azalma arxayınlıq yaratmamalıdır - AÇIQLAMA
Yoluxma sayındakı azalma arxayınlıq yaratmamalıdır - AÇIQLAMA
"Son günlər yoluxma saylarındakı azalma vətəndaşlar arasında çaşqınlıq və arxayınlıq yaratmamalıdır. Çünki payız mövsümü respirator xəstəliklərin aktivləşdiyi dövrdür. Koronavirusun yayılması üçün mövsüm fərqi olmamasına baxmayaraq, payız-qış mövsümü yoluxma hallarının artımı üçün daha təhlükəli vaxtlardır. İnsanların qapalı məkanlarda sıx toplaşması, havaların soyuması ilə əlaqədar olaraq otaqlarda pəncərələrin bağlı saxlanılması, ən əsas da immunitetin zəifləməsi COVID-19-un yayılması üçün əlverişli mühit yaradır".

Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev söyləyib.

O deyib ki, koronavirusun digər respirator infeksiyalarla birlikdə keçirilməsi isə xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər: "Odur ki pandemiyanın əvvəlindən tövsiyə edilən qızıl qaydalara əməl olunması və vaksinasiya prosesində aktiv iştirak önəmlidir".

Baxılıb: 2446   Tarix: 09 oktyabr 2021
Geri Qayit


Sayt Rehberliyi ile Elaqe
Saytimiza Geri Don MobTop.az
©Azwap.Biz 2020-2022