Bu barədə Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədr müavini Gennadi Onişçenko "Komsomolskaya Pravda" radiosu ilə söhbətində deyib.
"Siqaret çəkməməli, spirtli içki içməməli və həmişə pozitiv əhval -ruhiyyədə olmalısınız. Bu da immun reaksiyanızın vəziyyətinə təsir edir.
Rusiyada qripin çox yoluxucu növlərinin yayılması gözlənilir və bu, yoluxma sayını iki-üç dəfə artıra bilər. Əhalinin kifayət qədər peyvəndlənməməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Peyvəndin əhəmiyyəti haqqında uşaqlıqdan məlumat verilməlidir. Peyvəndlər və onların insan sağlamlığına təsiri , "Çipləmə" və buna bənzər mövzular haqqında yalan məlumatlar ilə də mübarizə aparmalıyıq".(publika.az)