Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K.Əhmədov, R.Nəsibov və R.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla ev sahibəsi T.Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilib və o da saxlanılıb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.