Millimiz İrlandiyaya məğlub oldu - YENİLƏNİB
Millimiz İrlandiyaya məğlub oldu - YENİLƏNİB
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi İrlandiya ilə qarşılaşıb.

Bakı Olimpia Stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İrlandiya millisinin heyətində Robinson dubl edib, Oqbene isə bir qola imza atıb.

20:51

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - İrlandiya matçında hesab açılıb.

Qarşılaşmanın 7-ci dəqiqəsində Robinson İrlandiyanı hesabda önə keçirib. (oxu.az)

20:02

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu başlayıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Norveçdən olan FIFA referisi Espen Eskas idarə edir.

Baxılıb: 586   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe