Vətən müharibəsinin 13-cü günü: 9 oktyabr Azərbaycan üçün bir sıra tarixi hadisələrlə yadda qaldı - VİDEO
Vətən müharibəsinin 13-cü günü: 9 oktyabr Azərbaycan üçün bir sıra tarixi hadisələrlə yadda qaldı - VİDEO
Ötən ilin bu günü Hadrut qəsəbəsininin işğaldan azad edilməsi ilə əlamətdar oldu.Bu sevincli xəbəri Prezident İlham Əliyev xalqa mürəciət edərək şəxsən çatdırdı.

Dövlət başçısı bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda mübarizə həm döyüş meydanında, həm də siyasi arenada davam edib və heç kim bizi bu yoldan döndərə bilməz.

9 oktyabr tarixinə yazılan tək uğurumuz bundan ibarət deyildi. Hadrutla yanaşı, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olundu.

Dövlət başçısı həmçinin "CNN International" televiziya kanalının "Connect the vorld" verilişində müsahibə verdi. "Sky Neəs" telekanalı isə Prezidentin müsahibəsini yayımladı.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı, 30-a yaxın tankı və piyada döyüş maşını tam işlək vəziyyətdə ələ keçirildi, xeyli sayda "Qrad" yaylım atəşli reaktiv sistemi sıradan çıxarıldı.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalandığı görüntüləri paylaşdı.

Zəfərə gedən yolun 13-cü günündə Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutdu.Nəticədə 31 mülki şəxs həlak oldu, 168 nəfər isə xəsarət aldı. Həmçinin 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşdü. Bu barədə Baş Prokurorluq məlumat yaydı. Baş Prokurorluq döyüşlərdə Ermənistan tərəfindən iştirak etmiş Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan barəsində cinayət işi başlatdı.

Cəbhədə beli qırılan düşmən Mingəçevir şəhərini hədəf alaraq ballistik raket atdı. Ancaq raket Azərbaycan hava hücümundan müdafiə sistemləri tərəfindən məhv edildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Baxılıb: 335   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe