Dünya bazarında təbii qazın qiyməti sürətlə artır - Səbəb nədir? - VİDEO
Dünya bazarında təbii qazın qiyməti sürətlə artır - Səbəb nədir? - VİDEO
Dünya bazarında təbii qazın qiyməti durmadan artır. Ötən ilin müvafiq dövründə Avropada140 dollardan aşağı səviyyədə ticarət edilən təbii qazın qiyməti indi sözün həqiqi mənasında cib yandırır. Ötən 1 il ərzində qiymətlər 14 dəfə, 2020-ci ilin may ayından etibarən isə nə az, nə çox, düz 46 dəfə artaraq 1970 dollara yüksəlib.

Xezerxeber.az-ın məlumatına görə, qiymət artımını şərh edən iqtisadçı-ekspert Elşad Mamedov bildirib ki, kəskin bahalaşmanın səbəbi Avropa İttifaqının yürütdüyü enerji siyasətidir. Uzaqgörən siyasətin olmaması bu gün Avropa qaz bazarında xaosa səbəb olub.

Təbii qazın kəskin bahalaşması Avropada elektrik enerjisi qiymətinin də tarixdə ən yüksək həddə yüksəlməsinə təkan verib. Avropada elektrik enerjisi istehsalının 22%-i təbii qazın payına düşür. Elektrik qiymətinin kəskin artması Avropa və Asiya ölkələrində bir çox müəssisələrin fəaliyyətini məhdudlaşdırıb.

Ekspert Elşad Mamedov təbii qaz ətrafında yaranan xaosun digər səbəblərini də açıqlayıb.

Baxılıb: 301   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe