20 il məhkumluq həyatı yaşamış qadın yenə tutuldu - onun əri həbsxanada ölüb, iki övladı isə həbsdədir - VİDEO
20 il məhkumluq həyatı yaşamış qadın yenə tutuldu - onun əri həbsxanada ölüb, iki övladı isə həbsdədir - VİDEO
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, daxil olmuş əməliyyat məlumatları əsasında şəhərin müxtəlif ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Turac Məmmədova və daha 9 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış T.Məmmədova Sumqayıt şəhəri "Ceyranbatan bağları" yaşayış massivində saxlanılan zaman üzərində heroin aşkarlanıb. 58 yaşlı T.Məmmədovanın yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. O, Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib.

T.Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunmuş və həbsxanada vəfat etmişdi.

Digər bir əməliyyat tədbiri nəticəsində Hacıqabul rayonu Atbulaq kənd sakini olan və hazırda Abşeron rayonu Xırdalan şəhərində yaşayan 32 yaşlı Nuriyyə Əhmədova saxlanılıb. N.Əhmədova Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində narkotik vasitə satmaq istəyərkən saxlanılıb. O, saxlanılan zaman üzərindən 19 qram heroin və 3 qram "patı" adlandırılan metamfetamin aşkar edilib. Narkotik maddələr maddi sübut kimi götürülüb və N.Əhmədova istintaqa cəlb olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sumqayıt polisinin həyata keçirdiyi digər əməliyyatlar nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramiz Aslanov və Emin Allahverdiyev, eləcə də Elvin Kərimli, Feyruz Əhmədov, Gülağa Quliyev, Nəcməddin Abbasov, Rövşən Məmmədov və Altun Xəlilov saxlanılıblar. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılanlardan Altun Xəlilov haqqında şəhər ərazisindən müxtəlif ərazilərdən oğurluq etdiyinə görə Sumqayıt şəhər Polis İdarəsində 5 cinayət faktı üzrə istintaq aparılır. Barəsində təhqiqat işi aparılmasına baxmayaraq, yenə də oğurluğa əl atıb. Sonuncu dəfə şəhərin 42-ci məhəlləsində evlərdən birindən kombi aparatını da oğurlamaqda da şübhəli bilinir.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Baxılıb: 3174   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe