Şəhid Qoşqar Qasımov Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib - VİDEO
Şəhid Qoşqar Qasımov Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib - VİDEO
Vətən müharibəsində canını fəda edən qəhrəman övladlardan biri də Qoşqar Qasımovdur.

Xezerxeber.az-ın məlumatına görə, Qoşqar Atakişi oğlu Qasımov 1995-ci il yanvarın 16-da Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Valideyinlərin sözlərinə görə, Qoşqar uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb və arzusuna da çatıb.

Gizir Qoşqar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hərbi əməliyyatlar zamanı düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.

Qoşqar Qasımov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Qoşqar Qasımov ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın azad olunmasına görə" və " Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxılıb: 236   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe