Bizə WhatsAppdan Mesaj Göndər
 Misirdə keçmiş məmurlar korrupsiya ittihamı ilə ömürlük cəza alıblar - xeberler
Hər Dəqiqə Yenilənən Xəbərlər
Misirdə keçmiş məmurlar korrupsiya ittihamı ilə ömürlük cəza alıblar
Misirdə keçmiş məmurlar korrupsiya ittihamı ilə ömürlük cəza alıblar
Misir parlamentinin keçmiş deputatı tikintidə korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

"Report" "Al Shorouk" nəşrinə istinadən xəbər verir ki, bu qərar İskəndəriyyə Cinayət Məhkəməsi tərəfindən verilib.

Keçmiş deputatla yanaşı, daha iki nəfər, o cümlədən İskəndəriyyə valiliyinin hüquq mütəxəssisi də ömürlük həbs cəzası alıblar. Digər bir dövlət məmuru isə 15 il həbsdə yatmalı olacaq.

Sözügedən ittihamla daha 16 nəfər müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir ildən çox davam edən araşdırma nəticəsində məlum oldu ki, təqsirləndirilənlər bərbad vəziyyətdə olan evlərin sökülməsi üçün podratçılardan birindən külli miqdarda pul alıblar.

Baxılıb: 293   Tarix: 10 oktyabr 2021
Geri Qayit


Sayt Rehberliyi ile Elaqe
Saytimiza Geri Don MobTop.az
©Azwap.Biz 2020-2022