Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək
Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək
Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə azwap.biz-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Baxılıb: 151   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe