Bizə WhatsAppdan Mesaj Göndər
 Pakistanın nüvə proqramının rəhbəri vəfat edib - xeberler
Hər Dəqiqə Yenilənən Xəbərlər
Pakistanın nüvə proqramının rəhbəri vəfat edib
Pakistanın nüvə proqramının rəhbəri vəfat edib
Pakistanın nüvə fizikası üzrə alimi, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Ary News" telekanalı Xanın ailəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, alimin ölümünə səbəb koronavirusa yoluxduqdan sonra yaranan ağır xəstəlik olub. Mərhumun şərəfinə bir neçə anım tədbiri keçiriləcək.

Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb.

Əvvəllər uran zənginləşdirilməsi üçün qaz santrifüjləri istehsal edən URENCO Avropa konsorsiumunda işləyən Əbdül Qadir Xan 1975 -ci ildə nüvə proqramının inkişafına qoşulub.

Baxılıb: 350   Tarix: 10 oktyabr 2021
Geri Qayit


Sayt Rehberliyi ile Elaqe
Saytimiza Geri Don MobTop.az
©Azwap.Biz 2020-2022