Gürcüstanda daha 25 nəfər koronavirusdan ölüb
Gürcüstanda daha 25 nəfər koronavirusdan ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 2 490 yeni yoluxma faktı qeydə alınıb, 2 056 nəfər müalicə olunaraq sağalıb, 25 pasiyent vəfat edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 634 053 nəfər yoluxub. Onların 600 524-ü sağalıb, 9 246-sı dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 24 257 nəfər təşkil edir.

Baxılıb: 212   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe