Sumqayıt sakini bıçaqlanaraq öldürüldü
Sumqayıt sakini bıçaqlanaraq öldürüldü
Sumqayıtda qətl törədilib.

azwap.biz APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Baxılıb: 618   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe