Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan azwap.biz-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.