Uşaqların əlinə spirt vurmaq, onlara tibbi maska taxmaq düzgün yanaşma deyil - AÇIQLAMA
Uşaqların əlinə spirt vurmaq, onlara tibbi maska taxmaq düzgün yanaşma deyil - AÇIQLAMA
Böyüklərə xas olan əksər fizioloji, neyrohumoral, immun və reseptor mexanizmlər yalnız ikinci uşaqlıq yaş dövrünün sonunda, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının müvafiq reseptorları həmin yaş qruplarında ümumiyyətlə supresiya vəziyyətində olur. Ona görə də bəzi istisnalar nəzərə alınmazsa, həmin yaş qrupuna qədər olan uşaqların koronavirus infeksiyasını ağırkeçirmə ehtimalı yoxdur. On iki yaşa qədər olan uşaqların bağça və ya məktəbə getməsinə görə heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyil. Uşaqların əlinə 95 faizli spirt vurmaq, onlara tibbi maska taxmaq düzgün yanaşma deyil. Sadəcə olaraq, uşaqlara adi gigiyenik vərdişlərə əməl etməyi aşılamaq lazımdır. Ən əsası isə, kiminsə uşağı öpməsinə icazə vermək olmaz.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, gənclik dövrünün tamamlanmasına qədər, yəni 11-12 yaşdan başlayaraq 19 yaşa qədər olan dövrdə COVID 19-un letallıq (öldürücülük) əmsalı 0,2- 0,6 faizdir: "Yəni, hər min nəfər xəstələnməyə 2-6 nəfər ölüm halı düşür. Həmin yaş qrupunda olan gənclərdə bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliklərə görə ölüm halı baş verir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi sıfrın üstündədir. Sadəcə, adi gigiyenik vərdişlərə əməl etmək lazımdır. Adi gigiyenik vərdişlər dedikdə isə mən nə maska taxmaq, nə də əllərin spirtlənməsini nəzərdə tuturam. Nəfəs-nəfəsə dayanmamaq və gənclər arasında stereotip halını almış ünsiyyət forması olan öpüşməyin aradan qaldırılması adi gigiyenik normalardır".

Baxılıb: 909   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe