Yəməndə avtomobil partladılıb, ölən və yaralananlar var
Yəməndə avtomobil partladılıb, ölən və yaralananlar var
Yəmənin Ədən şəhərinin mərkəzi rayonlarından birində minalanmış avtomobil partladılıb.

"Report"un "Əl Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Telekanalın məlumatına görə, partlayış Adendə hökumət nümayəndələrinin olduğu bir kortejə yönəlib.

"Al Arabiya" telekanalı partlayışın hədəfinin avtomobillərdən birində olan Aden administrasiyasının rəhbəri olduğunu bildirib.

Kortejdə administrasiya rəhbərindən başqa, Yəmənin kənd təsərrüfatı naziri də olub. Partlayış nəticəsində şəhər rəhbəri və nazir xəsarət alıb.

Baxılıb: 101   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe