Koronavirusa yoluxanların nəzərinə: İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin
Koronavirusa yoluxanların nəzərinə: İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin
COVID-19-a yoluxan şəxslərin bir qisminin iki həftə ərzində iybilməsi bərpa olunsa da, bəzilərində bu proses daha uzun müddət tələb edir.

Alimlər iybilmənin bərpasına kömək etmək üçün maraqlı bir araşdırma aparıblar.

azwap.biz-ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.

Alimlər 12 həftə ərzində aparılan araşdırmaların nəticəsində bu qənaətə gəliblər. Araşdırma zamanı bəlli olub ki, vitamin A qəbul edən şəxslər yumurtanın, gülün qoxusu kimi spesifik iyləri rahatlıqla hiss edə bilirlər.

Alimlər vitamin A-nın immun sistemi, dəri gözəlliyi, görmə qabiliyyətinə də müsbət təsir etdiyini bildirirlər.

Qeyd edək ki, alimlər iybilmə qabiliyyətinin beyinlə əlaqəsini hələ də öyrənərək bu istiqamətdə fərqli tədqiqatlar aparmağı planlaşdırırlar.

Baxılıb: 1414   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe