Yəməndə qubernatora qarşı sui-qəsd həyata keçirilib
Yəməndə qubernatora qarşı sui-qəsd həyata keçirilib
Yəməndə Ədənin Qubernatoru Əhməd Lyamlyasın həyatına sui-qəsd cəhdi olub.

Belə ki, rəsmi şəxslərin olduğu avtomobil karvanına bombalı hücum həyata keçirilib.

Partlayış nəticəsində beş nəfər həyatını itirib, onlardan dördü qubernatorun mühafizəçiləridir. Qubernatorun isə xəsarət almadığı bildirilir.

Mənbə yazır ki, partlayış Ədənin qərbindəki Ət-Tavahi ərazisində baş verib.(oxu.az)

Baxılıb: 393   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe