Sumqayıtda DƏHŞƏTLİ QƏTL: 27 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürdülər - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏTL: 27 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürdülər - VİDEO
Sumqayıtda mübahisə edən 2 nəfərdən biri digərini öldürüb. İddialara görə onların mübahisəsi qız üstündə düşüb. Qətli törədən şəxs isə sonradan polisə təslim olub.

2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Hadisə dünən gecə saatlarında Sumqayıt şəhərinin 5-ci mikrorayon ərazisində baş verib.

Hadisə yerinə hüquq mühafisə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulov , mübahisə etdiyi şəxs tərəfindən bir neçə bıçaq zərbəsi ilə öldürülüb. Bıçaq ürək nahiyəsinə nüfuz etdiyindən onun həyatını qurtarmaq mümkün olmayıb.

Qətli törədən şəxs istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(xəzərxəbər)

Baxılıb: 1703   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe