Mixeil Saakaşvilinin vəziyyəti pisləşib
Mixeil Saakaşvilinin vəziyyəti pisləşib
Gürcüstanın Rustavi şəhərindəki həbsxanada saxlanılan ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti pisləşib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze türmədə ona baş çəkəndən sonra bildirib.

Həkim deyib ki, M.Saakaşvilidə talassemiya xəstəliyi var: "Bu qan xəstəliyi olan zaman heç bir aclıq olmamalıdır... Mişa daha da ağır yeriyir, danışmaqda çətinlik çəkir, durumundan narahatlıq keçirir".

M.Saakaşvili artıq 10-cu gündür aclıq aksiyası keçirir.

Qeyd edək ki, siyasətçi oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.

Baxılıb: 1364   Tarix: 10 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe