Yusif Brilliantın bu hərəkətini tənqid edənlərə dəstək çıxdı - VİDEO
Yusif Brilliantın bu hərəkətini tənqid edənlərə dəstək çıxdı - VİDEO
Xalq artisti Brilliant Dadaşovanın "Səs Azərbaycan"dakı hərəkəti tənqid olunub.

azwap.biz xəbər verir ki, yarışmaya qatılan Vətən müharibəsi iştirakçısı Nicat Tağıyevi zalda yer alan münsiflər və tamaşaçılar ayaqüstə alqışlayıb. B.Dadaşovanın həmin an ayağa qalxmaması qınanılıb.

Sosial şəbəkədə paylaşılan videoların altından əksər izləyicilər tənqidi fikirlər yazıblar. Yazılan "Brilliantın oğlu kef edəndə, bu oğlan ölümü gözə alıb, müharibədə iştirak edib" sözlərinə aparıcı Yusif Ağayevin reaksiyası diqqət çəkib. O, sözügedən şərhə "Qızıl kimi sözlər" fikrini yazıb.

Qeyd edək ki, Nicata münsiflərdən təkcə Xalq artisti Tünzalə Ağayeva dönüb və ifaçı onun komandasında yarışa davam edəcək./Axşam.az

Baxılıb: 1933   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe