Deputatın velosipedini oğurladılar - FOTO
Deputatın velosipedini oğurladılar - FOTO
Milli Məclisin deputatından oğurluq olub.

azwap.biz xəbər verir ki, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.

Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.

E.Mirbəşiroğlu "oxu.az"a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:

"Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın".

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

Deputatın velosipedini oğurladılar - FOTO

Baxılıb: 1112   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe