Astarada qadın qonşusunun verdiyi dərmandan sonra ölüb
Astarada qadın qonşusunun verdiyi dərmandan sonra ölüb
Astarada dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.

"Report"un verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan qəsəbəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Elnarə Cəbrayıl qızı Əliyeva qəfildən özünü pis hiss edib. Həyat yoldaşı yaxınlıqda yaşayan həkim tanışını evə dəvət edib. Həkim də xəstəyə dərman verib.

Buna baxmayaraq, E.Əliyevanın səhhəti daha da pisləşib. Onu ötən gün axşam saatlarında Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Yaxınları iddia edirlər ki, xəstəyə vaxtında düzgün tibbi yardım göstərilməyib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi aparılacaq müayinələrdən sonra məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Baxılıb: 1752   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe