Rafiq Bayramovun cəzası 4 il 6 aya endirildi
Rafiq Bayramovun cəzası 4 il 6 aya endirildi
Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

azwap.biz APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq nazir müavininin həbs müddəti 4 il 6 aya endirilib.

Qeyd edək ki, R.Bayramov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir.

Baxılıb: 880   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe