Maska taxmasını tələb edənlərə bibər qazı püskürtdü
Maska taxmasını tələb edənlərə bibər qazı püskürtdü
Almaniyanın Visbaden şəhərində (Hessen federal torpağı) bir kişi ondan maska taxmasını tələb etdikləri üçün avtobusda bibər qazı səpib.

azwap.biz APA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Hessen polisi məlumat yayıb.

Hadisə şənbə günü gecə baş verib. Gənc oğlan avtobusa maskasız minib. Bu zaman digər sərnişinlərlə qarşıdurma yaranıb, bundan sonra sürücü ondan avtobusdan düşməsini tələb edib. Buna etiraz olaraq həmin gənc bibər qazı səpərək qaçıb.

Hadisə nəticəsində üç nəfər göz qıcıqlanmasından şikayət edib, onlara hadisə yerində tibbi yardım göstərilib.

Polis şübhəli şəxsi saxlayıb.

Baxılıb: 362   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe