Günayın 26 pişiyi var - FOTO
Günayın 26 pişiyi var - FOTO
Müğənni Günay İbrahimli bu dəfə pişikləri ilə gündəmə gəlib.

Bu haqda Axşam.az-a açıqlamasında danışan sənətçi evində 8 pişik saxladığını deyib. O bildirib ki, bundan əvvəl 18 pişiyi olub:

"Üç ana, beş bala pişiyim var. Bundan əvvəl 18 pişiyim var idi. Küçə pişiyi idi, çoxalmışdılar. Gördüm saxlaya bilmirəm, onları götürüb yurda yerləşdirdim. Amma yeməklərini alıb verirəm, nəzarətdə saxlayıram. İndi isə evimdə 8 pişiyim var. İnsan kimidirlər, həqiqətən maraqlıdır. Əvvəl bir pişiyim var idi, sonra balası oldu və beləcə, artdılar. Onların xüsusi baytarları var, iynə-dərmanını vaxtında etdirirəm. Artıq o qədər baytarla oturub-durmuşam ki, başım çıxır. Nə lazım olursa, onlara özüm verirəm. Nə reaksiya verirsə, bilirəm ki, nə istəyir.

Yorğun evə gəlirəm, qucağıma alıram. Bütün yorğunluğum gedir. Pişik insan bədənində olan mənfi enerjini aparır".

Günayın 26 pişiyi var - FOTO

Baxılıb: 2821   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe