Azad Şabanov ikinci dəfə ata oldu
Azad Şabanov ikinci dəfə ata oldu
Müğənni Azad Şabanov ikinci dəfə ata olub.

azwap.biz xəbər verir ki, sənətçinin oğlu dünyaya gəlib. O, körpəyə Pənah Əli adını qoyub.

"Kaş ki, ürəyimdə olan avazı ifadə edə bilərdim, ölçülməzdir. Sevgimi heç bir səs və söz ifadə edə bilməz... Hər nəğməmin sətrində yalnız sənsən, iki oğlumun anası. Allahım, bizə yaxşı valideyn olmağı nəsib et... Hər bir yükə, ağrıya dözərəm, təki evə gələndə sizin gülüşlər məni qarşılasın" deyə, azad sevincini bölüşüb.

Qeyd edək ki, müğənni Toma adlı xanımla 2019-cu ildə ailə qurub. Cütlüyün ötən il Səid Əli adlı oğlu dünyaya gəlib./Axşam.az

Baxılıb: 5883   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe