ÜST-dən pandemiya ilə bağlı şad xəbər
ÜST-dən pandemiya ilə bağlı şad xəbər
Bəşəriyyət COVİD-19-la mübarizə yolunun təxminən 60 faizini keçib.

azwap.biz axar.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan deyib.

Svaminatan pandemiyanın tezliklə bitəcəyinə və insanların normal həyata qayıdacağına inandığını vurğulayıb.

Bu kontekstdə o, əhalini virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirməyə çağırıb.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın ölümünə səbəb olub.

Baxılıb: 1596   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe