"Əlimdə körpə əllər, çiynimdə dünya yükü, evimdə yaşı qurumayan gözlər"
"Əlimdə körpə əllər, çiynimdə dünya yükü, evimdə yaşı qurumayan gözlər"
Xəbər verdiyimiz kimi iki ay öncə aparıcı Vüsalə Əlizadənin qardaşı qəzada vəfat edib.

azwap.biz xəbər verir ki, Vüsalə sosial media hesabında qardaşının fotosunu paylaşaraq sözləri ilə hər kəsi kövrəldib:

"Hər gəlişim bir başqa acılı,niskilli,şikayətli,niyələrlə dolu…Bu gün 2 aylıq 20 ilə bədəl acımı,can yanğımı,mənə ehtiyacla baxan gözləri,qalx deyən içimdəki gücü toparlayıb hesabat verməyə gəldim görüşünə…9 il öncə,əlimin içində körpə bir əl həyatım darmadağın məni bağrına basıb sən bacaracaqsan,sən güclüsən,səni mən tanıyıram,qulağını kar,gözünü kor,dilini lal edəcəksən və arxanda mən varam,sən bu gündən bacım yox qardaşımsan demişdin…Çoxmu yaxşı gəldim tapşırıqlarının öhdəsindən?Bu gün əlimdə körpə əllər,çiynimdə dünya yükü,evimdə yaşı qurumayan gözlər,arxamda qara mərmər,ürəyimdə bir ömür köz tutmayacaq yara buraxdın…Yerini heç kimin gücü,sözü,təsəllisi doldurmur ay sıramızı pozanım,ay cavan ömrü yarımçıq qalanım,ay həyatdan doymayanım,əhd yerim,and yerim…Yoxluğun həyatımı alt-üst etdi,amma yenə də sənə söz verdiyim kimi,lal,kar,kor həyata davam edəcəyəm,anamıza,balalarımıza,sənin adına,mənə həvalə etdiyin əmanətlərinə,arzularına görə…Yanına gələn günə qədər bu yük mənim həyat borcumdur…Borcumu ödəmək üçün uzun bir yola çıxıram,sınaqlarla dolu,acılardan,zərbələrdən yoğrulub daha güclü,daha iradəli və iddialı,sənin kimi,sənə yaraşacaq tərzdə…Allahım səni Cənnəti ilə mükafatlandırsın başımın tacı,etdiyin xeyir əməllər,yaxşılıqlar,dürüstlüyün,mərdliyin,bu dünyada kişi kimi borcunu ödəməyin,Vətən uğrunda can verdiyin,əzab-əziyyətlərin savab əməl dəftərinə yazılsın inşAllah. Və...heç kimə,heç bir açıqlama vermək məcburiyyətim,borcum yoxdur,amma təminatında durmam gərəkən böyük bir ailəm var! Bu çətin sınağımda yanımda olan bütün doğmalarım,dostlarım,əzizlərim,tamaşaçılarım,izləyicilərim,məndən bu açıqlamanı gözləyən dəyərlilərim var olun!Haqqınızı halal edin!"

Baxılıb: 12276   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe