Aktrisaya mükafatını vermək istədi, qalmaqal yarandı - VİDEO
Aktrisaya mükafatını vermək istədi, qalmaqal yarandı - VİDEO
Altın Portağal Film Festivalının mükafatlandırma mərasimində qalmaqallı anlar yaşanıb.

azwap.biz Axşam.az-a istinadən xəbər verir ki, tədbirdə aktyor Tamer Karadağlıyla "Zuhal" filmindəki rolu ilə "İlin ən yaxşı aktrisası" adına layiq görülən Nihal Yalçın arasında gərginlik yaranıb.

Nihalın çıxışı zamanı mükafatı vermək üçün arxasında gözləyən aktyor bir neçə dəfə saatına baxaraq müxtəlif mimik hərəkətlər edib və sonda aktrisa sözlərini bitirmədən mükafatı ona uzadıb.

"Kim verdi mükafatı? "Sus" dediniz? Artıq "sus" deyirsiniz?" - deyə, aktrisa Nihal Tamerin bu hərəkətinə anlam verə bilməyib.

Taner mükafatı aldıqdan sonra çıxış etməli olduğunu xatırlatmaq üçün "Mükafatınızla birlikdə danışın, qaldırın və zəfər çıxışınızı edin" cavabını verib.

Sosial media izləyiciləri iki sənətçi arasındakı gərginlikdə ikiyə bölünüb. Amma sonda hər kəs Tamerə haqq qazandırıb.

Aktrisanın ünvanına "Tamer Karadağlı haqlı imiş", "Çox yersiz hərəkətdir", "Beləliklə Nihal ona qarşı edilən hərəkətin necə doğru olduğunu sübut etdi" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Nihal hazırda "Kırmızı oda" serialında Rezzan obrazını canlandırır.

Baxılıb: 2707   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe