4 minlik qaynaq etdirib pulunu vermədi
4 minlik qaynaq etdirib pulunu vermədi
Türkiyəli müğənni Kibariyenin adı növbəti qalmaqalda hallanıb.

azwap.biz Axşam.az-a istinadən xəbər verir ki, ifaçı 4200 lirə (840 manat) dəyərində saç qaynağı etdirib. O, daha sonra salona ödənişi vermədən oradan uzaqlaşıb. Məkanın sahibi onun barəsində şikayətçi olduqlarını bildirib:

"Kibariye xanıma saç qaynağı proseduru etdik. Normal vaxtlarda müştəridən əvvəlcədən pul tələb edirik. Kibariye xanımı görəndə düşündük ki, bir dünya ulduzu mağazamıza gəlib. Ödənişi əvvəlcədən istəməyək. O isə borcunu ödəmədən getdi. Meneceri ilə danışdıq, hesab nömrəsi istədi, göndərdik. Lakin heç bir ödəniş olunmayıb. Həyat yoldaşı Ali bəyə zəng vurduq, o isə qarşılığında sponsorluq təklif etdi. Biz isə qəbul etmədik, telefonu üzümüzə bağladı. Halbuki onun müştərilər tərəfindən narahat edilməməsi üçün mağazanı bağlamışdıq. Bütün işçilərimiz onunla maraqlanırdı. Kaş belə olmazdı".

Baxılıb: 3313   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe