Aygün vəfat edən atası haqqında: "Mənim üçün ölməmisən"
Aygün vəfat edən atası haqqında: "Mənim üçün ölməmisən"
Bu gün sənsiz ilk doğum günümdür, atam. Bu dünyada məni səndən çox heç kim istəyə bilməzdi. Niyə məni qoydun getdin? Amma mən səni qoyub getməzdim.

azwap.biz xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova instaqramda yazıb. Bu yaxınlarda atasını itirən sənətçi kədərini izləyiciləri ilə bölüşüb:

"Biz hər gün danışırdıq. Niyə indi danışmırsan axı. Sevimli qızının, balaca Aygünün ad günüdür, niyə təbrik etmirsən? Səninlə doğuldum, səninlə də yaşayıram. Mənim üçün ölməmisən. Səndən sonra nə qədər yaşasam da, gülsəm də əylənsəm də, bil ki, sənin üçün edəcəm ki, mənə baxıb sevinəsən. Bağışla ki, səni qucaqlayıb öpə bilmirəm"./Publika.az

Baxılıb: 2293   Tarix: 11 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe