"Uşaqlarımı oyuncaqlarla, gəzməklə aldatdılar..." - Mətanətin gəlini qızının ağlayan videosunu yaydı
"Uşaqlarımı oyuncaqlarla, gəzməklə aldatdılar..." - Mətanətin gəlini qızının ağlayan videosunu yaydı
Uzun müddətdir ki, əməkdar artist Mətanət İsgəndərli və gəlini arasında qalmaqallar bitmək bilmir.

azwap.biz xəbər verir ki, ötən gün qonaq olduğu verilişdə sənətçi gəlini haqqında bir çox ittihamlar irəli sürüb. Buna cavab olaraq Canana sosial media hesabında eks qayınanasına postlar paylaşır. Bu dəfə isə qızının nənəsigildə olan ağlayan videosunu yayaraq:

"Mənim körpələrim əziyyət çəkirlər. Qəyyumluq onları sorğuya aparan gündən uşaqlarımı alıblar əlimdən. Psixoloji onların beyninə yeridiblər, uşaqları öyrədiblər ki, atanızı seçin sizi gəzdiəcəyik, oyuncaqlar alacağıq, eviniz olacaq. Böyük hara gedəcəyini bilmədən oğlum dedi ki, onları seçəcəm, ona nələr vəd ediblər. Uşaqlarıma onların vəd etdiklərini verməyə gücüm çatmır. Məni çoxları qınayır, amma gerçəkləri heç kim bilmir. Körpələrim ana qucağında yatan olublar, indi xidmətçi baxır onlara. Dərs oxumurlar, telefona baxmaqdan qızım heç kimlə danışmır. Qəyyumluq rəy bildirib ki, gözəl şəraitinə görə uşaqlar atada qalsın. Bu, haqsızlıqdır" sözlərini yazıb.

Baxılıb: 15540   Tarix: 16 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe