Ronaldu millidəki karyerasını bitirməyə tələsmir
Ronaldu millidəki karyerasını bitirməyə tələsmir
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını bitirməyi düşünmür.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu "Sky Sports"a açıqlamasında bunun üçün əsas olmadığını bildirib.

Təcrübəli forvardın sözlərinə görə, hələ bu qərarı vermək üçün tezdir: "Nəyə görə mən yığmadakı çıxışımı başa vurmaq barədə fikirləşməliyəm? Bu məsələdə insanların nə istədiyi önəmli deyil. Vacib olan mənim istədiyimdir. Yalnız qaça, driblinq edə, qol vura bilməyəcəyimi hiss etsəm, millidən gedərəm. Amma bütün bunları etmək üçün gücüm var".

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümün sonunda İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.

Baxılıb: 657   Tarix: 24 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe