66 milyon illik skelet rekord qiymətə satıldı
66 milyon illik skelet rekord qiymətə satıldı
İndiyədək tapılan triçeratops tipli dinozavrların ən böyüyü hesab olunan "Con"un skeleti Parisdə keçirilən hərraca çıxarılıb.

66 milyon il əvvələ məxsus olan skelet 6,65 milyon avroya (təxminən 13 milyon 145 min manat) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.

Qeyd edək ki, "Con" adlı triçeratops 2014-cü ildə Amerikanın Cənubi Dakota ərazisində aşkar olunub. Alimlər onun sümüklərinin yalnız 60%-ni tapa biliblər. Dinozavrın skeleti 200 sümükdən ibarətdir. Onun uzunluğu 8, hündürlüyü isə 3 metrdir.(axşam.az)

Baxılıb: 916   Tarix: 24 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe