Onurdan ayrılan Dilara yeni sevgilisi ilə - Fotolar
Onurdan ayrılan Dilara yeni sevgilisi ilə - Fotolar
Aktrisa Dilara Aksüyek keçmiş sevgilisi, həmkarı Onur Baydandan ayrıldıqdan sonra yeni eşqə yelkən açıb.

Axşam.az xəbər verir ki, aktrisanın iş adamı Erkan Şen ilə münasibətdə olduğu ortaya çıxıb. Cütlük ötən gün Cihangirdə səmimi şəkildə görüntülənib.

Dilara sevgi ilə bağlı sualları belə cavablayıb:

"Düşünürəm, eşq müvəqqəti bir hissdir, zamanla sevgiyə çevrilə bilsə, daha qalıcı ola bilər. Sevgi çox daha vacibdir. Uşaq kimiyəm, deyəsən, belə də qalacağam. Ona görə də bütün hisslərimi çox həvəslə yaşayıram.

Sevgi acısını mənasız hesab edirəm. Dünyada çox sayda xəstəlik, ölüm, aclıq var... Doğulduğumuz andan bir çox şeylə mübarizə apararaq sağ qalmağa çalışırıq. Bu baxımdan sevgi acısı yaşamıram. Amma buna hörmət edirəm".

Qeyd edək ki, Dilara sonuncu dəfə "Baş belası" serialənda Nazlı obrazını canlandırıb.

Baxılıb: 2055   Tarix: 30 noyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe