Təmir səsindən bezib qonşusunu liftdə partlatdı - VİDEO
Təmir səsindən bezib qonşusunu liftdə partlatdı - VİDEO
Rusiyanın İrkutsk şəhərinin sakini Aleksandr Çernikov qonşusunu liftdə partladıb.

azwap.biz Oxu.az-a istinadən xəbər verir ki, bunun səbəbi qisas olub.

Belə ki, Viktor Molçanov evində təmir işləri aparıb, səs-küy isə 50 yaşlı kişini narahat edib.

Onlar bunun üstündə dəfələrlə mübahisə ediblər, sonda yaşlı kişi qonşusunu partlatmaq qərarına gəlib.

Yaşlı kişi evdə partlayıcı hazırlayaraq bir torbanın içində liftə qoyub, sonra isə qonşusunu güdməyə başlayıb. O, liftə minəndə isə əldəqayırma partlayıcı qurğunu işə salıb.

30 yaşlı zərərçəkən çoxsaylı travma, kontuziya və əl-ayaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda Çernikov saxlanılıb, ona qarşı "Ümumi təhlükəli üsulla adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb.

Baxılıb: 1782   Tarix: 02 dekabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe