Rusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTO
Rusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTO
Rusiyanın "Dünya gözəli - 2021" müsabiqəsində təmsil edəcək Tatarıstanın ən gözəl qızı Ralina Ərəbova şəxsi həyatından danışıb.

azwap.biz Lent.az-a istinadla bildirir ki, o, 2019-cu ildə Rusiya gözəli titulunun sahibi olub.

Kazanda anadan olan Ralinanın sözlərinə görə, o, səkkiz yaşından müxtəlif gözəllik müsabiqələrinin iştirakçısı olub və "Dünya gözəli" müsabiqəsinə getməyi yalnız arzu edə bilərdi.

O, böyük və çoxmillətli ailədə böyüyüb: anası tatar qızıdır, təmizlik xidmətində administrator vəzifəsində çalışır. Atası azərbaycanlıdır, şəhər ətrafı yol kənarındakı kafenin sahibidir.

Ailə çox imkanlı deyil və gözəllik müsabiqələrinin köməyi ilə qız yaxşı pul qazanmağa və daha yaxşı bir həyat şansına ümid edir. Ərəbova etiraf edir ki, anası onun istəklərini həmişə dəstəkləyib və yarışda qələbəsini ona həsr etmək istəyir.

Ralina "Rusiya gözəli" müsabiqəsində ölkənin istənilən universitetində təhsil almaq üçün qrant qazanıb və Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin hüquq fakültəsinə daxil olub. Eyni zamanda, Kazan Dövlət Energetika Universitetində reklam mütəxəssisi kimi qiyabi təhsilini davam etdirir.

Ərəbova stand-upu sevir və universitetin şən və hazırcavablar komandasında çıxış edir. Onun sözlərinə görə, şəxsi həyatı yoxdur, çünki buna vaxt çatmır.

Son bir neçə ayı gözəllik kraliçası müsabiqəyə hazırlaşmağa həsr edib: səhər 9-dan nahar vaxtına qədər moda nümayişləri ilə məşğul olub, daha sonra ingilis dilini, ondan sonra isə makiyaj, saç düzümü və üslub sənətini öyrənib. Bu səbəbdən onun yalnız yemək vaxtı var: səhər şirin bir şey, günortadan sonra - şorba və salat, gecə isə kefir içə bilər.

Ərəbovanın əsas arzusu çoxuşaqlı və aztəminatlı ailələrin uşaqları üçün incəsənət məktəbi açmaqdır. O, uşaq ikən musiqi məktəbində fleyta sinfinə getdiyini və üzgüçülüklə məşğul olduğunu, lakin bunun üçün anasının ona çox pul yığdığını bildirib.

22 yaşlı Ərəbovanın idealı ağır xəstəliyə rəğmən yaradıcılıqla məşğul olan müğənni və aktrisa Selena Qomesdir.

Rusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTORusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı təmsil edəcək - FOTO

Baxılıb: 1853   Tarix: 02 dekabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe