Benedikt kişiləri tənqid etdi
Benedikt kişiləri tənqid etdi
Aktyor Benedikt Kamberbetç həmcinslərini şiddətə və üstün olmaq davranışlarına son qoymağa çağırıb.

Axşam.az xəbər verir ki, aktyor "Sky News"a verdiyi açıqlamada müxtəlif sahələrdə kişilərin hegemonluğunu və bunun üzərində qurulan sistemləri sərt tənqid edib:

"Kişilər bir az susmalı və deyilənlərə qulaq asmağı öyrənməlidirlər. Onların dominant olduğu dünya dəyişməlidir. Cəmiyyətdə mövcud olan stereotiplər məhv edilməlidir. Kişilərin davranışlarını düzəltməsi gərəkdir".

Qeyd edək ki, Benedikt Sofi Hanterlə ailəlidir. Onların bu evlilikdən iki övladı var.

Baxılıb: 522   Tarix: 02 dekabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe