Mədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLAR
Mədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLAR
"Türkiyə Kalite Ödülləri" sahiblərinə təqdim edilib.

azwap.biz Oxu.az-a istinadən xəbər verir ki, nominasiyalar arasında "Azərbaycanın uğurlu qadın aparıcısı" da yer alıb. Mükafata MTV kanalının aparıcısı Mədinə Abdullayeva layiq görülüb.

O, mükafata layiq görüldüyü üçün qürurlandığını bildirib: "Çox dəyərli mükafatdır və buna görə çox sevinirəm. Məşhur insanların yer aldığı bu mükafatlandırma məni qürurlandırdı. Belə atmosferdə olmaq xüsusi bir hissdir. Öz sahələrində uğurlar qazanmış insanlarla bir yerdə olduq. Aparıcılığı çox sevirəm və daim özümü inkişaf etdirməyə çalışıram. Bu səbəbdən "Azərbaycanın uğurlu qadın aparıcısı" olmaq məni qürurlandırdı. Hər kəs öz sahəsində ən yaxşı olmaq istəyir. Bu cür mükafatlar daha çox çalışmaq üçün önəmlidir. Ona görə də hisslərimi ifadə etmək mümkün deyil.

İnsanın sevdiyi işdə çalışması daha çox fədakarlıq etməsinə gətirib çıxarır. İnkişaf etmək, daha çox uğur qazanmaq mənim üçün yorucu deyil. Bu dəyərli mükafata sahib olmaq əslində işimi sevərək gördüyümün göstəricisidir. Ona görə də sevinirəm. Daha da irəli getmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, mükafatlandırmada Mila Kali, İvana Sert, Oktay Kaynarca kimi məşhurlar iştirak edib.

Mədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLARMədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLARMədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLARMədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLARMədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLARMədinə Abdullayeva Türkiyədə mükafat aldı - FOTOLAR

Baxılıb: 1996   Tarix: 02 dekabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe